BAKI, 26 fevral. TELEQRAF

Avropa İttifaqının qalıq yanacaq idxalı üzrə xərcləri bu il 45 milyard avro (47,3 milyard dollar) azala bilər.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyanın təhlilində qeyd edilib.

Sənədə əsasən, bu tədbirlər Aİ-nin 2025-ci ildə idxal etdiyi neft və qaz üzrə xərclərini 45 milyard avro azalda, 2030-cu ilə qədər isə illik 130 milyard avroya qədər qənaət təmin edə bilər.

“Bərpa olunan enerji layihələri böyük investisiyalar tələb edir. Lakin unutmayaq ki, heç nə etməmək də baha başa gəlir. Ona görə də, biz xaricdən yanacaq almamaqla pula qənaət edirik”, – deyə Aİ-nin Enerji Komissarı Dan Yorqensen “Reuters”ə müsahibəsində bildirib.

Qeyd edək ki, Avropa Komissiya zəif tələbat, ucuz idxal və ABŞ və Çinlə müqayisədə daha yüksək enerji xərcləri ilə mübarizə aparan Avropa ölkələrinin sənayesini dəstəkləmək üçün bir sıra tədbirlər təklif etməyə hazırlaşır.