
BAKI, 26 fevral. TELEQRAF
Ötən ay xarici valyutada əmanətlərin həcmi azalıb.
Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu il fevralın 1-nə əhalinin xarici valyutada olan əmanətləri 1 ay öncə ilə müqayisədə 14,3 milyon manat azalaraq 4 milyard 917,6 milyon manat olub.
Bu, ümumi əmanətlərin 33 faizini edir.
Fevralın 1-nə əhalinin banklardakı əmanətləri (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin əmanətləri daxil olmaqla) 14 milyard 698.7 milyon manat olub.
Milli valyutada isə əmanətlərin həcmi 51,1 milyon manat artaraq 9 milyard 781,1 milyon manat olub.