
BAKI. 26 fevral. TELEQRAF
"Real Madrid" klubunun futbolçusu Kilian Mbappe İspaniya Kubokunda "Real Sosyedad"a qarşı ilk yarımfinal matçının iştirak ərizəsinə daxil edilməyib.
Teleqraf AS nəşrinə istinadən xəbər verir ki, fransalı hücumçu diş daşının götürülməsi əməliyyatını etdirib. Hazırda o, güclü diş ağrısı keçirir.
Daha əvvəl "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Mbappenin səfər oyununa yollanacağını açıqlayıb.
Qeyd edək ki, iki komanda arasında bu gecə keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 00:30-da başlanacaq. Qarşılaşma San-Sebastyan şəhərindəki "Real Arena"da olacaq.