
BAKI, 26 fevral. TELEQRAF
Türkiyə Ukrayna və Rusiya arasında sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Ukraynadakı müharibənin tez bir zamanda bitməsini istəyirik. Türkiyə olaraq hər iki tərəfin təşəbbüslərini dəstəkləmişik. Bir daha qeyd etmək istəyirəm ki, sülh danışıqlarına ev sahibliyi etmək də daxil olmaqla, hər cür dəstəyi verməyə hazırıq.
Hazırda tərəflər arasında danışıqlar gedir, hamı sıx təmas içindədir. Mümkün atəşkəs razılaşmasının şərtlərinin nə olacağı, bunun sülh müqaviləsinə çevrilib-çevrilməyəcəyi, təhlükəsizlik təminatlarının nədən ibarət olacağı mövzuları ilə bağlı sıx təmaslar var. Görüşlərimiz də oldu. Ən yaxşısı odur ki, indi hamı (Rusiya və Ukrayna) atəşkəslə razılaşsın. Türkiyənin hansı töhfələr verə biləcəyi ilə bağlı işlərimiz davam edir”, - nazir bildirib.