BAKI, 26 fevral. TELEQRAF

"YUVAM" körpələr evi-uşaq bağçası, “FAKTOR QRUP-S” QSC və "GÖYÇAY İNŞAAT" MMC təşkilati-hüquqi formalarını dəyişdirdiklərini elan ediblər.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, “FAKTOR QRUP-S” Qapalı Səhmdar Cəmiyyəti adını və təşkilati-hüquqi formasını dəyişərək “FAKTOR QRUP-S” Mənzil-Tikinti Kooperativinə, "YUVAM" körpələr evi-uşaq bağçası "Yuvam Körpələr Evi-Uşaq Bağçası" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "GÖYÇAY İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyəti isə təşkilati-hüquqi formasını dəyişərək "GÖYÇAY İNŞAAT" Mənzil-Tikinti Kooperativinə çevriliblər.

Qeyd edək ki, "Göyçay İnşaat” MMC 2 iyul 2013-cü ildə qeydiyyata alınıb.“Faktor Qrup-S-1” QSC isə 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 574 640 manatdır və qanuni təmsilçisi Elvin Quliyevdir. "Yuvam" Körpələr Evi-Uşaq Bağçasının qanuni təmsilçisi isə Nəbiyeva Ədalət Ənvər qızıdır.