BAKI, 26 fevral. TELEQRAF

Bu ilin yanvar ayında Azərbaycandan xaricə 2,4 milyon ABŞ dolları dəyərində 1,9 min tondan çox mis filizləri və konsentratları ixrac olunub.

Teleqraf Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 7,1 dəfə, həcm baxımından isə 10,4 dəfədən çoxdur.

Ümumilikdə cari ilin ilk ayında ölkədən 228,4 milyon dollarlıq Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib. Hesabat dövründə mis filizləri və konsentratlar ixracının xüsusi çəkisi 1,05 faizə bərabər olub.