BAKI, 26 fevral. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Teleqraf xəbər verir ki, İlham Əliyev Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyənin inkişafı naminə prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Dövlət başçıları ölkələrimiz arasında “Bir millət, iki dövlət” prinsipinə əsaslanan dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirərək, əlaqələrimizin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

14:50

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Telefon danışığı zamanı iki ölkə arasında əlaqələr, eləcə də regional və qlobal məsələlər müzakirə edilib.

Azərbaycan Prezidenti türkiyəli həmkarını ad günü münasibətilə təbrik edib.