
BAKI, 26 fevral. TELEQRAF
"Bakı Şəhər Əsasli Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti Roma papası II İohann Pavel adına katolik kilsə binasının tikintisinin satın alınması məqsədilə açıq tender elan edib.
Teleqraf xəbər verir ki, tenderin ehtimmal olunan qiyməti 8 milyon 209 min 384 manatdır.
Müsabiqə aprelin 4-nə kimi davam edəcək. Tenderdə iştirak haqqı isə 1 500 manatdır.
Xatırladaq ki, fevralın 10-da kilsə binasının layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması ilə tender elan edilib. Aprelin 4-nə qədər davam edəcək müsabiqədə ehtimal edilən qiyməti 655 min manatdır.
Qeyd edək ki, II İohann Pavel 1978-2005-ci illərdə Roma papası olub. O, 1523-cü ildən bəri qeyri-italyan mənşəli ilk Roma Papası kimi yadda qalıb.