
BAKI, 26 fevral. TELEQRAF
“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Əziz Orucov 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Əziz Orucov Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham edilir.