BAKI, 24 fevral. TELEQRAF

BMT-nin 79-cu Baş Assambleyasının sədri Philemon Yanq artan pozuntular və beynəlxalq hüquqa hörmət edilməməsi səbəbindən dünyada 300 milyondan çox insanın humanitar yardıma ehtiyacı olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 58-ci sessiyasının açılışında çıxış edib.

Dünyanın ciddi qlobal çağırışlarla üz-üzə qaldığını qeyd edən Yanq insan haqları problemlərinə silahlı münaqişələr, iqlim dəyişikliyi, bərabərsizliklərin artması və yoxsulluğun dərinləşməsinin daxil olduğunu bildirib.

"Böyük pozuntular və beynəlxalq humanitar hüquqa tez-tez məhəl qoymamaq halları var. Bu pozuntuların dağıdıcı nəticələri olacaq. Hazırda 300 milyondan çox insanın humanitar yardıma ehtiyacı var", - deyə qeyd edib.