GƏNCƏ, 24 fevral. TELEQRAF

Gəncə şəhərində avtomobilin vurduğu piyada Elcan Əliyev bu gün müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib.

Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, bir neçə gün öncə mərhumu yolu keçərkən "Opel" markalı avtomobil vurmuşdu.

Qeyd edək ki, o, Azərbaycan Texnologiya Universitetinin ikinci kursunda təhsil alırmış.