![](https://teleqraf.az/storage/2025/02/12/715x378/tender.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 açıq tender elan edib.
Teleqraf dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlər Muxtar Respublika ərazisində yerləşən dövlət qurumlarının inzibati binalarının əsaslı təmiri üçün nəzərdə tutulub. Tenderlər üzrə görüləcək təmir işlərinin ehtimal olunan qiyməti 2,925,623.00 AZN təşkil edir.
Müsabiqə üzrə Sədərək rayonunda yerləşən Sosial Xidmətlər Agentliyinin rayon sektorunun inzibati binasının (263,868.00 AZN), Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin inzibati binasının (358,933.00 AZN), eləcə də Babək şəhərində Sosial Xidmətlər Agentliyinin rayon sektorunun inzibati binasının (589,802.00 AZN), Kəngərli rayonunda Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin inzibati binasının (548,012.00 AZN), Şərur şəhərində Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin inzibati binasının (569,192.00 AZN) və Ordubad şəhərində Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin inzibati binasının (595,816.00 AZN) əsaslı təmir işlərinin satın alınması nəzərdə tutulub.
Qeyd edək ki, zərflər martın 5-də açılacaq.