![](https://teleqraf.az/storage/2025/02/11/715x378/1630939453229934751_1200x630.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Füzuli rayonu, Horadiz şəhərində yerləşən Minatəmizləmə Agentliyinə məxsus qeyri-yaşayış sahəsinin (qazanxana) qazlaşdırılması işlərinin satın alınması ilə bağlı tenderin nəticələri açıqlanıb.
Teleqraf dövlət satınalmalarının vahid internet portalına istiandən xəbər verir ki, tenderin qalibi "Elnur-2" Universal İstehsalat Kommersiya şirkəti olub.
Qalib şirkətlə 169 min 840 manat məbləğində müqavilə imzalanıb. Tenderin ehtimal olunan qiyməti 211 min 762 manat idi.
Qazlaşdırma işlərinin 2026-cı ilin mayına qədər yekunlaşdırılması gözlənilir.