BAKI, 11 fevral. TELEQRAF

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan İnnovasiya və Təchizat Mərkəzi xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə hemodializ prosedurunun yerinə yetirilməsi zamanı istifadə olunan sərfiyyat mallarının satın alınması üzrə açıq tender elan edib.

Teleqraf dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, mərkəz hər biri müxtəlif sayda dezinfektant, hemodializ üçün AV-set, arterial və venoz fistula iynəsi kimi malların satın alınması üçün ehtimal olunan qiymət 28 milyon 543 min 939,22 manatdır.

Müsabiqədə iştirak haqqı 4281.59 manatdır. Tenderlə bağlı təkliflərin son təqdim olunma tarixi aprelin 4-dür. Zərflərin də həmin gün açılması nəzərdə tutulub.