![](https://teleqraf.az/storage/2025/02/11/715x378/zibil_qabi1.png)
BAKI, 11 fevral. TELEQRAF
Naxçıvan şəhər İcra Hakimiyyətinin tabeliyində olan Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi məişət tullantıları üçün tullantı qutularının satın alınması ilə bağlı 330 min manatlıq açıq tender elan edib.
Teleqraf dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, 400 ədəd böyük, 200 ədəd kiçik zibil qutusunun satın alınması üçün ehtimal olunan qiymət 330 min manatdır.
Müsabiqədə iştirak haqqı 350 manatdır. Tenderlə bağlı təkliflərin son təqdim olunma tarixi martin 3-dür. Zərflərin də həmin gün açılması nəzərdə tutulub.
Qeyd edək ki, zibil qutularının bazar qiyməti 100 litr üçün 60 manatdan, 1100 litr üçün isə 300 manatdan başlayır.