BAKI, 12 fevral. TELEQRAF

Egey dənizində 4,8 maqnitudalı zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri yerin 7 kilometr dərinliyində yerləşib.

Zəlzələ yerli vaxtla 12:14-də qeydə alınıb.

Xatırladaq ki, həmin ərazidə saat 11:29-da da eyni maqnitudalı zəlzələ baş verib.