![](https://teleqraf.az/storage/2025/02/12/715x378/475311605_933475025626598_658528616922209342_n.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycan 33 cüdoçu ilə təmsil olunacaq.
Teleqraf Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, üç gün davam edəcək yarışda yığma komanda 12 çəki dərəcəsində 24 kişi və 9 qadın idmançı ilə təmsil olunacaq.
Turnirdə Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, Böyük Dəbilqə turniri 14-16 fevralda Milli Gimnastika Arenasında keçiriləcək.