![](https://teleqraf.az/storage/2025/02/11/715x378/3_.jpg)
BAKI, 11 fevral. TELEQRAF
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Ağsu və İsmayıllı rayonlarında sahibkarlarla görüş keçirib.
Bu barədə Teleqraf-a Fonddan məlumat verilib.
Bildirilib ki, görüşlərdə sözügedən rayonların icra hakimiyyətlərinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və müvəkkil kredit təşkilatlarının nümayəndələri, eləcə də həmin regionlarda iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Tədbirlərdə sahibkarlara dövlətin güzəştli maliyyə mexanizmləri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, Fondun güzəştli kreditlərindən yararlanmaq istəyən sahibkarların sualları cavablandırılıb, təklifləri dinlənilib.