![](https://teleqraf.az/storage/2025/02/11/715x378/kadr.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi kadr potensialının inkişafı üzrə təlimlərin təşkili ilə bağlı açıq tender elan edib.
Teleqraf dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, ümumilikdə 116 saatlıq təlimlərin təşkili üçün ehtimal olunan qiymət 146 min 792 manatdır.
Müsabiqədə iştirak haqqı 250 manatdır. Tenderlə bağlı təkliflərin son təqdim olunma tarixi martın 5-dir. Zərflərin də həmin gün açılması nəzərdə tutulub.