TBİLİSİ, 12 fevral. TELEQRAF

“Avropa İttifaqı ilə münasibətlərin yaxşılaşması bizim maraqlarımıza cavab verir”.

Teleqraf xəbər verir ki, bunu BƏƏ-də səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çinin “PhoenixTV” telekanalına açıqlamasında deyib.

O, Gürcüstanın Aİ ilə danışıqlara hazır olduğunu qeyd edib.

“İndi qərarı Avropa İttifaqı qəbul etməlidir. Biz buna hazırıq”, - İ.Kobaxidze əlavə edib.

Baş nazir Gürcüstanda vəziyyətin sabit olduğunu, ölkənin iqtisadi və bir çox digər sahələrdə inkişaf etdiyini vurğulayıb.

Xatırladaq ki, Gürcüstan hökuməti ötən ilin noyabrın 28-də Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini bildirib.