![](https://teleqraf.az/storage/upload/715x378/teleqraf.com1415886153Rusiya təyyarələri Qarabağ üzərindən uçmur.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Ali təhsillə peşə təhsili arasında disbalans var.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin depuatatı Ceyhun Məmmədov Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, bu gün hamı ali təhsil almaq istəyir:
"Araşdırmalıyıq ki, peşə təhsili üzrə hansı kadrlara ehtiyacımız var. Növbəti illərdə işğaldan azad olunmuş ərazilərə xeyli sayda insan qayıdacaq. Bu gün Qarabağ və Şərqi Zəngəzurda yaşayanların ən böyük problemi işsizlikdir. Onlar sözügedən məsələ ilə bağlı bizə müraciətlər edirlər. Ali təhsillilərin hər biri də işlə təmin edilmir. Təbliğat aparmalıyıq ki, insanlar peşə təhsilinə də yönəlsinlər".