![](https://teleqraf.az/storage/2025/02/12/715x378/pay.png)
BAKI, 12 fevral. TELEQRAF
Mərkəzi Bank “PashaPay” MMC-yə təshih tədbirləri tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Mərkəzi Bankın açıqladığı məlumatda deyilir ki, göstəriş, cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar olaraq verilib.