
BAKI, 12 fevral. TELEQRAF
Ermənistandakı Avropayönümlü siyasətçilər hesab edirlər ki, Avropa İttifaqına (Aİ) qoşulmaq ölkə və xalq üçün əlavə faydalar gətirəcək.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əlbəttə, Ermənistanda bəzi siyasi qüvvələr var ki, Aİ-yə yönəlməyin ölkə və xalqın maraqlarına əlavə faydalar gətirəcəyini düşünürlər. Bu, Ermənistanın suveren hüququdur”, - Kremlin nümayəndəsi bildirib
Xatırladaq ki, Ermənistan parlamenti bu gün keçirilən iclasında birinci oxunuşda “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanun layihəsini qəbul edib.