![](https://teleqraf.az/storage/2022/06/06/715x378/telebe-tehsil.jpg)
BAKI, 12 fevral. TELEQRAF
İşğaldan azad olunmuş ərazilərdə 3 il ərzində 3 min nəfər pulsuz təhsil alacaq.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deyib.
Qeyd olunub ki, məsələ ilə bağlı 3,5 milyon manat vəsait ayrılacaq.
Xatırladaq ki, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Qanunlarda ediləcək dəyişikliyə əsasən, işğaldan azad edilən ərazilərdə məskunlaşan şəxslərin təhsil haqqıları 3 il ərzində dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.