![](https://teleqraf.az/storage/2025/02/12/715x378/307192.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Ermənistan parlamenti bu gün keçirilən iclasında bir sıra qanun layihələrini birinci, ikinci və tam oxunuşda qəbul edib.
Teleqraf xəbər verir ki, birinci oxunuşda qəbul edilən qanun layihələri arasında “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” layihə də var.
Təşəbbüsün müəllifi hakim partiyanın deputatı Artak Zeynalyandır.
Təşəbbüs qrupu 1 ay ərzində 60 mindən çox vətəndaşın imzasını toplayıb, buna əsasən hökumət müvafiq qərar layihəsini təsdiqləyib və parlamentin müzakirəsinə çıxarılıb.
Qanun layihəsində deyilir ki, Ermənistan Respublikası xalqın iradəsini ifadə edərək və Ermənistanı təhlükəsiz, inkişaf etmiş və çiçəklənən ölkəyə çevirməyi qarşısına məqsəd qoyaraq, Ermənistanın Aİ-yə daxil olması prosesinin başlandığını elan edir.