BAKI, 11 fevral. TELEQRAF

Azərbaycanda ötən il donuzların sayı kəskin azalıb.

Teleqraf xəbər verir ki, ötən il 2023-cü illə müqayisədə donuzların sayı 1725 baş və ya 35,7 faiz azalaraq 3103 baş olub.

Bəzi rayonlarda isə ümumiyyətlə, ya donuz mövcud olmayıb, ya da 2023-cü ilin sonu ilə müqayisdə qeydə alınmayıb.

2024-cü ilin sonuna bütün təsərrüfat kateqoriyalarında donuz mövcud olmayan rayonlar:

Naxçıvan, Qarabağ, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonları, Sumqayıt şəhəri, Abşeroun rayonu, Ağsu rayonu, Qobustan rayonu, Şamaxı rayonu, Naftalan şəhəri, Daşkəsən rayonu, Göygöl rayonu, Samux rayonu, Ağstafa rayonu, Qazax rayonu, Şəmkir rayonu, Tovuz rayonu, Xaçmaz rayonu, Quba rayonu, Qusar rayonu, Siyəzən rayonu, Balakən rayonu, Şəki rayonu, Zaqatala rayonu, Cəbrayıl rayonu, Qubadlı rayonu, Laçın rayonu, Zəngilan rayonu.