![](https://teleqraf.az/storage/2025/02/12/715x378/tarqovu.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Bakı şəhərinin Səbail rayonunda kişi küçədə ölüb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Xaqani küçəsində halı pisləşən şəxs yerə yıxılıb. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlib və onun ölməsi müəyyən edilib.
İlkin araşdırmalarla vəfat edən şəxsin Ağsu rayon sakini 1959-cu il təvəllüdlü S.Feyzullayev olması müəyyən edilib.
O, Bakıya qonaq gəlibmiş.