BAKI, 16 fevral. TELEQRAF

Qış Olimpiya Oyunları tarixində ilk dəfə olaraq ana və oğul yarışıb.

Teleqraf xəbər verir ki, 46 yaşlı dağ xizəyi idmançısı Sara Şleper və 18 yaşlı oğlu Lass Qahiola İtaliyada keçirilən Olimpiya Oyunlarında iştirak ediblər .

Olimpiada 6-22 fevral tarixlərində İtaliyanın Milan və Kortina d'Ampezzo şəhərlərində keçirilməkdədir.