BAKI, 14 sentyabr. TELEQRAF

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bredli Kuper İranla müharibə fonunda sursat çatışmazlığı ehtimalından narahat olmadığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Kuper "CBS News" telekanalına müsahibəsində deyib.

“Qətiyyən narahat deyiləm. Biz yaxşı silahlanmışıq və istənilən gözlənilməz vəziyyətə hazırıq”, - admiral sursat çatışmazlığı ilə bağlı sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ mediasında Pentaqonun əsas sursat ehtiyatlarının azalması ilə bağlı məlumatlar yayılıb. “Associated Press” iyulun sonunda ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keynanın raket ehtiyatlarının mövcud vəziyyətinin Vaşinqtonun İranla münaqişəni daha da gərginləşdirmək imkanlarını məhdudlaşdırdığı barədə Prezident Donald Trampa məlumat verdiyini yazmışdı. Tramp isə sursat, o cümlədən hava hücumundan müdafiə raketlərinin çatışmazlığının İranla genişmiqyaslı döyüş əməliyyatlarını bərpa etməmək qərarına təsir göstərdiyi barədə xəbərləri təkzib etmişdi.