BAKI, 14 sentyabr. TELEQRAF

Kanada Avropa İttifaqının (Aİ) Ukraynaya 90 milyard avro həcmində kredit ayırması təşəbbüsünə qoşula bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda tərəflər arasında müvafiq danışıqlar aparılır. Razılaşmanın Aİ-nin oktyabrda keçiriləcək sammitinədək əldə olunacağı gözlənilir.

Qeyd olunur ki, Aİ-yə üzv olmayan ölkələr arasında təşəbbüsə indiyədək Böyük Britaniya qoşulub.

Bundan əvvəl Avropa Komissiyasının 2026-cı il üçün Ukraynaya ayrılmış vəsaitin üçdəbirindən azını köçürdüyü bildirilmişdi.