BAKI, 14 sentyabr. TELEQRAF
İranın cənubunda yerləşən Sirik şəhəri yaxınlığında silsilə partlayışlar baş verib.
Teleqraf xəbər verir ki, bu barədə İranın rəsmi IRNA agentliyi məlumat yayıb.
Məlumata görə, partlayışların mənbəyi və səbəbi hələlik müəyyən edilməyib.
Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.