BAKI, 13 sentyabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski keçmiş mətbuat katibi Yuliya Mendelə qarşı sanksiya tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Kiyev rəhbərinin ofisindən bildirilib ki, Mendel dezinformasiya və Rusiya təbliğatı yayır.
Yuliya Mendel daha əvvəl Ukrayna hökumətini dəfələrlə tənqid edib və kabineti “parazitlər hökuməti” adlandırıb. O, həmçinin məcburi səfərbərlik fonunda Zelenskini dövlət büdcəsindən vəsait mənimsəməkdə ittiham edib.