BAKI, 13 sentyabr. TELEQRAF

CENTCOM rəhbəri ABŞ-də sursat çatışmazlığı ehtimalından narahat olmadığını bildirib.

Teleqraf xəbər verir ki, Kuper bu barədə CBS telekanalına müsahibəsində danışıb.

“Bu, məni heç narahat etmir. Biz yaxşı silahlanmışıq və istənilən hadisənin inkişafına hazırıq”, - deyə admiral bildirib.

Qeyd edək ki, sentyabrın əvvəlində ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 10 min aviabombanın mümkün satışını təsdiqləyib.