BAKI, 13 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinin ABŞ-yə planlaşdırılan səfərinin baş tutmamasının onu narahat etmədiyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə İrlandiyadakı qolf klubunda jurnalistlərlə söhbəti zamanı danışıb.
ABŞ lideri Si Cinpinin mümkün səfər ləğvi ilə bağlı suala “Xeyr, bu məni narahat etmir” cavabını verib.
Tramp Çin lideri ilə münasibətlərinin çox yaxşı olduğunu vurğulayıb.
“O, yaxşı münasibətlər qurmaq istəyir, biz də bunu istəyirik. Razılaşacağıq”, - deyə ABŞ Prezidenti əlavə edib.