GƏNCƏ, 13 sentyabr. TELEQRAF

Gəncədə iki nəfərin bıçaqlanması qeydə alınıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, iki nəfər - 1990-cı il təvəllüdlü Talıb Qafarov və 1995-ci il təvəllüdlü Heydər Həsənov bıçaq xəsarəti ilə xəstəxanalardan birinə yerləşdirilib.

Yaralılardan birinin vəziyyəti ağırdır. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.