BAKI, 14 sentyabr. TELEQRAF

Fars körfəzi ölkələri ilə İran arasında xarici işlər nazirləri səviyyəsində keçirilməsi planlaşdırılan görüş Tehran və Maskatın razılığı ilə təxirə salınıb.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, görüşün təxirə salınmasını regionun bəzi ölkələri istəyib. Tədbirin yeni keçiriləcəyi tarix isə açıqlanmayıb.

Qeyd edək ki, Fars körfəzi regionu ölkələrinin xarici işlər nazirləri səviyyəsində görüşünün sentyabrın 14-də Omanda keçirilməsi planlaşdırılırdı.