BAKI, 13 sentyabr. TELEQRAF

Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin son 24 saat ərzində Yəmənin altı vilayətinə 58 hava zərbəsi endirdiyi iddia olunur.

Teleqraf xəbər verir ki, bu barədə husilərin “Ənsar Allah” hərəkatının hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib.

Onun sözlərinə görə, zərbələr Yəmənin Təiz, Ləhc, Əl-Cövf, Həccə, Əl-Beyda və Səada vilayətlərinə endirilib. Səriya hücumların Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Xamis-Muşayt aviabazasından qalxan F-15 qırıcıları tərəfindən həyata keçirildiyini bildirib.

Hava zərbələrinin nəticələri və mümkün itkilər barədə məlumat verilməyib.