BAKI, 14 sentyabr. TELEQRAF
“Brent” markalı neftin qiyməti 3 faizdən çox bahalaşaraq bir barel üçün 107,77 dollara çatıb.
Teleqraf xəbər verir ki, bu barədə “Investing”in ticarət məlumatlarında bildirilib.
Bakı vaxtı ilə saat 02:03-ə olan məlumata görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 3,16 faiz artaraq 107,77 dollar təşkil edib.
Neftin bahalaşması Hörmüz boğazında gəmiçiliklə bağlı görüşün təxirə salınması fonunda baş verib.
Qeyd edək ki, mayın 18-də də “Brent” neftinin qiyməti yüksələrək bir barel üçün 110,51 dollara çatmışdı.