BAKI, 13 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İrlandiya Respublikasının Şimali İrlandiya ilə birləşdirilməsi məsələsini ölkə rəhbərliyi ilə görüşlərində müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə “The Sunday Telegraph” qəzeti adının açıqlanmasını istəməyən amerikalı məmura istinadən məlumat yayıb.

Məlumata görə, Tramp bu mövzunu sentyabrın 12-də İrlandiyanın Baş naziri Mihol Martin və Prezident Ketrin Konolli ilə görüşləri zamanı gündəmə gətirib. Bu, ABŞ liderinin mətbuat konfransında vahid İrlandiya görmək istədiyini açıqlamasından əvvəl baş verib.

Tramp sentyabrın 13-də də bu fikrini inkişaf etdirərək İrlandiyanın birləşməsini tarixdə ən təbii addımlardan biri adlandırıb. Qəzet Martin və Konollinin bu ideyaya münasibətinin necə olduğunu açıqlamayıb.

Britaniyanın əsas siyasi partiyalarının nümayəndələri isə Trampın açıqlamasını tənqid edərək onun əhəmiyyətini azaltmağa çalışıblar.