BAKI, 14 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsinin yeni təyinatadək ölkənin müxtəlif qurum rəhbərləri tərəfindən icra ediləcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp İrlandiyadan ABŞ-yə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, hazırda bu vəzifəyə maraq göstərən çox sayda namizəd var və mümkün namizədlərin siyahısını həftəsonu ərzində hazırlaya bilər.

Tramp bildirib ki, müəyyən müddət ərzində mətbuat katibinin funksiyalarını dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Lutnik kimi hökumət üzvləri yerinə yetirəcək. Onun sözlərinə görə, təhsil naziri Linda MakMahon da bu vəzifəni icra edə bilər.

ABŞ Prezidenti əlavə edib ki, növbəti brifinqi Marko Rubionun keçirməsi gözlənilir.