BAKI, 13 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin 2028-ci il prezident seçkilərində namizədliyini dəstəkləyib-dəstəkləməyəcəyinə hələ qərar vermədiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“O, möhtəşəmdir, bizim çoxlu möhtəşəm insanlarımız var”, - Tramp Vensin mümkün namizədliyi ilə bağlı suala cavabında bunun üçün hələ tez olduğunu bildirib.