
BAKI, 28 mart. TELEQRAF
Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Avropa çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, yığma komanda Xorvatiya ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada heç-heçə qeydə alınıb – 3:3. Millimizin heyətində qolları Fariz Hüseynov (7-ci dəqiqə) və Ədalət Ələkbərov (17, 40) vurublar.
Yada salaq ki, Azərbaycan yığması qrupda keçirdiyi ilk görüşdə Bosniya və Herseqovinaya biabırçı hesabla (2:10) uduzub.
Azərbaycan komandası qrupda son matçını martın 29-da Türkiyə yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.