BAKI, 24 mart. TELEQRAF

Futzal üzrə FİFA referiləri Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov Kipr - Almaniya oyununa təyinat alıb.

Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, onlar aprelin 15-də Nikosiya şəhərində 19 yaşlıların oyununu idarə edəcəklər.

Qafarlı birinci, Cəbrayılov ikinci, Əmiraslanov üçüncü referi olacaq.

Hakimlərin idarəçiliyini Belçikadan olan hakim-inspektor Patrik Villemark qiymətləndirəcək.