GƏNCƏ, 31 mart. TELEQRAF

Gəncədə avtomobilin vurduğu kişi dünyasını dəyişib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, 76 yaşlı Yunis İsayev xəstəxanada həyatını itirib.

***

30 mart, saat 22:32

Gəncədə yaşlı kişini maşın vurub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Yolu keçmək istəyən 76 yaşlı Yunis İsayevi maşın vurub. Zərərçəkən xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanılıb.