
BAKI, 20 mart. TELEQRAF
Rusiyalı qadın Yekaterina Nekrasova Baykal gölündə buzun altı ilə 122 metr üzərək rekorda imza atıb.
Teleqraf xəbər verir ki, bu barədə "IRK.ru" məlumat yayıb .
Yarış martın 19-da keçirilən “Baykalın buzları altında” adlı sərbəst dalğıc festivalı çərçivəsində keçirilib.
Nekrasovanın əvvəlki nailiyyəti 102,7 metr olub.
Festivalda daha üç rekord da müəyyən edilib. Rusiyalı Olqa Markina monofinlə 71 metr dərinliyə, xorvatiyalı Sanda Delija üzgəcsiz iplə hərəkətdə 55 metr dərinliyə, xorvatiyalı Vitomir Mariçiç isə kişilər arasında rekord dərinliyə - 62 metrə enib.