.jpg)
SUMQAYIT, 23 mart. TELEQRAF
“Həftə ərzində çox məşq etmişdik, bu qələbə əziyyətimizin bəhrəsi idi. Oyunda instensivlik yüksək idi, müdafiədə yaxşı çıxış etdik və qol buraxmadıq".
Teleqraf xəbər verir ki, bunu Haiti milli komandasının futbolçusu Leverton Pyer Sumqayıtda Azərbaycan yığmasına 3:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.
Fransanın "Şatoru" klubunda çıxış edən 27 yaşlı dayaq yarımmüdafiəçisi Azərbaycan millisini belə dəyərləndirib: "Rəqibimizin bəzi yüksək keyfiyyətləri var, amma biz özümüz yüksək instensivlik göstərdik. Onların zəif tərəfini deyə bilmərəm, sadəcə, bu gün onların günü deyildi. Daha çox sol cinah təhlükəli idi. Azərbaycan millisinə gələcək oyunlarda uğurlar arzu edirəm".