BAKI. 30 mart. TELEQRAF

Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev 2026-cı il Qış Olimpiya Oyunlarına lisenziya qazanıb.

Qış İdman Növləri Federasiyasından Teleqraf-a verilən məlumata görə, 24 yaşlı idmançı bu hüquqa ABŞ-ın Boston şəhərində keçirilmiş fiqurlu konkisürmə üzrə dünya çempionatında yiyələnib.

O, qısa və sərbəst proqram üzrə çıxış edərək 233,31 xal toplayıb və 39 idmançı arasında 15-ci yerdə qərarlaşaraq, olimpiadaya vəsiqəni təmin edib.

Azərbaycanın digər təmsilçilərindən Nərgiz Süleymanova və buz üstündə rəqs idman növü üzrə yarışan Samanta Ritter - Daniel Brıkalov cütlüyü isə qısa proqramda rəqiblərindən geri qalaraq, növbəti mərhələyə vəsiqə qazana bilməyiblər.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunları 6 - 24 fevral 2026-cı ildə İtaliyanın Milan və Kortina dAmpertso şəhərlərində keçiriləcək.