TBİLİSİ, 20 mart. TELEQRAF

İrəvanda UEFA Millətlər Liqasının pley-off mərhələsində Gürcüstan və Ermənistan milli komandaları arasında keçirilən oyunda Azərbaycana qarşı təxribat törədilib.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, stadionda böyük ölçüdə “Artsax bayrağı” asılıb.

Azərbaycan ərazisində mövcudluğuna son qoyulmuş, tarixin zibilliyinə atılmış keçmiş separatçı rejimin “bayrağı” ölçülərinə görə yanında asılmış Ermənistan bayrağından daha böyük olub.

UEFA bu təxribatı araşdırmalı və İrəvandakı qarışlaşmanın təşkilatçılarını cəzalandırmalıdır. Əks halda ermənilər tarixin zibilliyindəki başqa əski parçalarını da eşələyib çıxarmaq kimi mərəzlərindən əl çəkməyəcəklər.

Qeyd edək ki, Gürcüstan və Ermənistanın futbol üzrə milli yığmaları arasında İrəvanda keçirilən qarşılaşma 3:0 hesabı ilə gürcülərin qələbəsi ilə yekunlaşıb.