BAKI, 31 mart. TELEQRAF

İran ABŞ-nin ehtimal olunan hücumunun qarşılığında Sakit okeandakı Dieqo-Qarsiya Amerika hərbi dəniz bazasını vurmağa hazırdır.

Teleqraf xəbər verir ki, Britaniyanın “The Telegraph” qəzeti adı açıqlanmayan yüksək rütbəli iranlı hərbçiyə istinadən belə yazıb.

Mənbə qeyd edib ki, Amerikanın istənilən hücumuna cavab olaraq İran ABŞ və Böyük Britaniyanın Dieqo-Qarsiyadakı ortaq bazasını vuracaq. İran hərbi rəsmisinin sözlərinə görə, Tehran ABŞ tərəfindən istifadə edilərsə, hərbi bazadakı əsgərlərin milli mənsubiyyətini nəzərə almayacaq.

Martın 30-da ABŞ prezidenti Donald Tramp ABŞ və İranın Tehranın nüvə silahı istehsal etməməklə nağlı razılığa gəlmələr, onları “əvvəlki kimi bombalamaqla” hədələyib.