BAKI, 22 mart. TELEQRAF

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası ( FIFA ) Rusiyanın beynəlxalq futbola qaytarılması prosesinə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə jurnalist Nahuel Lanzon sosial şəbəkələrdə məlumat yayıb.

O iddia edib ki, prezident Canni İnfantino rusları dünya futboluna qaytarmaq üçün fəaliyyətə başlayıb.

Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) bu yaxınlarda keçirilən iclasında o, yarışlarda dünyanın bütün ölkələrinin oynamalı olduğunu deyib.

Qeyd olunur ki, o, tezliklə Avropa assosiasiyalarına Rusiya millisinin və Rusiya Premyer Liqası (RPL) klublarının yarışlara qaytarılması ilə bağlı mövqeyini dəyişmək üçün təzyiq göstərməyə başlaya bilər.